qızılgül çanaqlı yastıcanın entomofaqları

 

       Aparılan tədqiqatlar nəticəsində bu çanaqlı yastıcanın parazitləri M.N. Nikolskaya, V.A.Yasnoşun(1966), V.A.Yasnoşun (1978, 1995) təyinat cədvəlinə əsasən  müəyyənləşdirilmişdir: Aphytisproclia Walker, AphytismytilaspidisLe Baron., Pterotrixmacropedicellata(Malas),Encarsiafasciata(Malen), AspidiotiphaguscitrinusGraw.
       Çanaqlı yastıca üzərində Aphytis cinsindən 2 növ parazit Aphytisproclia, A. mytilaspidisparazitlik edir. Hər 2 növ parazit ektoparazitdir. Yumurtalar yastıcanın bədəni üzərində, çanağın altında qoyulur. 8 - 10 günlük embrional inkişafdan sonra sürfələr çıxırlar. Sürfələr yastıcaların bədən möhtəviyyatı ilə qidalanaraq inkişaf edirlər. Sürfələr bir neçə dəfə qabıq dəyişdikdən sonra puplaşırlar. Sürfənin arxa tərəfində olan ekskrementlər (mekoniyalar) müxtəlif sayda, müxtəlif rəngdə olurlar. Hər bir növ üçün spesifikdir.
       Aphytis proclia çoxsaylıdır, II yaşlı sürfələrin və yetkin dişilərin bədəni üzərində yetkin sürfə mərhələsində qışlayır. Qışlamış fərdlər mayın II-III ongünlüyündə üçürlar. Çanaqlı yastıcanın 1 nəsli üzərində 2 nəsil verir. İl ərzində Lənkəran rayonunda 4 nəsil verirlər. Çanaqlı yastıcanın say tənzimində müəyyən rol oynayırlar. 2014ci ildə qışlamış yastıcaların  bu parazitlə yoluxma faizi 28-35% olmuşdur.
       Aphytis mytilaspidis polifaqdır. Əksər çanaqlı yastıcaları yoluxdurduğu üçün çox da böyük rol oynamır. II yaşlı sürfələri və yetkin dişiləri yoluxdurur. Sürfə mərhələsində qışlayır. 2014-ci ildə bu yastıcanın qış nəslinin bu parazitlə yoluxma faizi 12-15% olmuşdur.
       Pterotrix macropedicellata azsaylıdır. Bu növ monofaq parazitdir, yalnız bu çanaqlı yastıcada parazitlik edir. 2014ci ildə qışlamış yastıcaların parazitlə yoluxma faizi 18 % olmuşdur.
       Aspidiotiphagus citrinus çoxsaylıdır. Çanaqlı yastıcaların say tənzimində müəyyən rol oynayırlar. 2014-ci ilin nəticələrinə əsasən  mayda çanaqlı yastıcaların bu parazitlə yoluxması 38% olmuşdur. Polifaq olmasına baxmayaraq bir çox çanaqlı yastıcaların say tənzimində müəyyən rol oynayır. A.citrinus daxili parazitdir, parazit çanaqlı yastıcanın bədənini tərk etdikdən sonra yastıcanın “kapsulası” qalır. Üçüş dəliyi bədənin ön-qismən geniş hissəsindədir. Çanaqlı yastıcanın 1 nəsli üzərində bu parazitin 2 nəsli inkişaf edir.
       Encarsia fasciata kiçik  sürfə mərhələsində qışlayır. Qışda yığılmış materiallarda yetkin dişi fərdlərin daxilində bu parazitin xırda sürfələrini görmək mümkündür. Azsaylıdır, zərərvericinin say tənzimində az rol oynayır. Parazitin qışlamış nəsli mayın sonunda uçur.
      Beləliklə, Azərbaycanda qızılgül çanaqlı yastıca geniş yayılmışdır. Bu zərərverici oliqofaq olsa da, qızılgülə bəzən çox böyük zərər verir. Zərərvericinin say tənzimində 5 növ parazitin rolu müəyyənləşdirilmişdir. Ektoparazitlər - Aphytis proclia və endoparazitlər - Aspidiotiphagus citrinus çoxsaylı olub, bu zərərvericinin sayının aşağı düşməsində müəyyən rol oynayırlar.

 

     

     City Zoo

     City Zoo