Rhizobius lophanthae

 

      Rhizobius lophanthae Azərbaycana esesis yolu ilə gəlmişdir. Rhizobius lophanthae parabüzənlər fəsiləsindən (Coleoptera, Coccinellidae) olub, effektiv entomofaqdır. Vətəni Avstraliyadır, keçən əsrin sonlarında Kaliforniyaya, oradan isə İtaliyaya və digər Aralıq dənizi sahili ölkələrinə gətirilmişdir. Onu bioloji mübarizə məqsədilə istifadə etmək üçün Kaliforniyaya, oradan isə İtaliyaya aparmışlar. 1947-ci ildə təsadüfən Gürcüstana-Abxaziyaya 2 sürfəsi bitkilərlə İtaliyadan göndərilmiş bağlama vasitəsilə gəlib çıxmışdır. Tut çanadlı yastıcasının üzərində 2 ədəd parabüzən pupu tapılmışdır. 1 ♀ və 1 ♂ fərddən ibarət olan bu parabüzənlər artırılmış və bioloji mübarizədə istifadə olunmuşlar. Sonradan gürcü entomoloqları bu böcəyi çoxaldaraq dəyirmi çanaqlı yastıcalara qarşı bioloji mübarizədə istifadə etmişlər. Gürcüstanın bəzi rayonlarında yerli iqlimə uyğunlaşıb qışlasa da, bu yırtıcıdan çanaqlı yastıcalara qarşı bioloji mübarizədə fəsli olaraq istifadə edilir [3, 4]. Çox güman ki, bu xeyirli yırtıcı Azərbaycana Gürcüstandan gəlmişdir.
           Bu çanaqlı yastıcanın bioekoloji xüsusiyyətlərini öyrənmək və yerli aborigen faunadan olan entomofaq həşaratları öyrənmək, artırmaq məqsədilə bu çanaqlı yastıca ilk dəfə olaraq  kartof yumruları üzərində çoxaldılmış və tədqiq olunmuşdur.  Bu məqsədlə üstü hamar kartof yumruları oleandr yastıca ilə yoluxdurulur.
     Laboratoriya şəraitində bu yırtıcı böcəklər asan çoxalır. Dişi böcəklər pupdan çıxdıqdan 7-8 gün sonra mayalanır. Rhizobius lophanthae  çanaqlı yastıcanın bədənini gəmirib yeyir, boşalmış çanağın altında öz yumurtalarını qoyur. Adətən yumurtalar tək-tək, bəzən isə topa halında (3-8 ədəd) qoyulur. 250C temperaturda (50-60% rütubət) yumurtalardan 9-10 gündən sonra böcəyin sürfələri çıxır. Böcəyin sürfələri həm yetkin çanaqlı sürfələri, həm də I və II yaşlı sürfələri məhv edir. Rhizobius lophanthae  sürfə  mərhələsində 3 dövrdən keçir - I yaşlı sürfələr  3-4 gün, II  yaşlı sürfələr 3-4 gün, III yaşlı sürfələr 4-5 gün. Bütövlükdə sürfə mərhələsinin inkişafı 10 - 13 günə bərabərdir. Puplaşmadan əvvəl sürfələr hərəkətsizləşir və qidalanmır. Bu vəziyyət 3 - 4 gün davam edir və sürfələr pup mərhələsinə keçir. Pupun inkişaf müddəti 6 - 7 gün çəkir və böcəklər çıxmağa başlayır. Bir yetkin böcəyin gündəlik məhv etdiyi oleandr çanaqlı yastıcasının sayı 20-25-dir. 250C t-da Rhizobius lophanthae-nin 1 nəslinin inkişafı 30-34 günə başa çatır. 300C t-da (rütubət 50-60%) inkişaf müddəti 24-26 gündür. 300C-da yumurta mərhələsi 7-8 gün, I yaşlı sürfələrin inkişafı  2-3 günə, 2-ci yaşlı sürfələrin inkişafı  2-3 günə, III yaşlı sürfələrinki  3- 4 günə bərabərdir. Puponu mərhələ 3-4 gün, pup mərhələsi isə 4-5 gün davam edir. Rhizobius lophanthae dəyirmi çanaqlı yastıcalara qarşı bioloji mübarizədə geniş istifadə oluna bilər. Bu yırtıcı  oleandr, bənövşəyi, kaliforniya, tut, kaktus, çanaqlı yastıcalarının effektiv entomofaqıdır.
     Yırtıcı diapauzaya getmir, çox qısa bir müddətdə nəsil verir, yüksək məhsuldardır, yerli faunadan təbii düşmənlərə malik deyildir , (yalnız bir növ gənə bu böcəyin yumurtalarını məhv edir) aşağı temperaturlara qarşı çox davamlıdır. Bütün bunları nəzərə alaraq, belə qərara gəlmək olar ki, dəyirmi çanaqlı yastıcalara qarşı bioloji mübarizədə bu böcək əvəzedilməzdir və ondan daha geniş miqyasda istifadə etmək məqsədə uyğundur. Çanaqlı yastıcaların həm yetkin, həm də sürfələrini məhv etdiyi üçün çanaqlı yastıcalara qarşı Rhizobius lophanthae ilə bioloji mübarizə böyük perspektivlərə malikdir.
                                                                                              
Rhizobius lophanthae-nin inkişaf müddəti (Rütubət 50-60 %)


Temperatur

Yumurta mərhələsi

Sürfə mərhələsi

Pupönü dövr

Pup mərhələsi

Ümumi inkişaf müddəti

I

II

III

 

25oC

 

9-10 gün

 

3-4

 

3-4

 

4-5

 

3-4

 

6-7

 

30-34

 

30oC

 

7-8  gün

 

2-3

 

2-3

 

3-4

 

3-4

 

4-5

 

24-26

     

     City Zoo

     City Zoo